Satınalmalarda və tenderlərdə tədarükçülərin qiymətləndirilməsi və münasibətlərin idarə olunması – təşkilata maya dəyərinə nəzarət etmək, təchizatçılarla bağlı potensial riskləri azaltmaq, mükəmməl çatdırılma xidmətlərini təmin etmək və uzunmüddətli perspektivdə satıcılardan dəyər əldə etmək üçün müvafiq tədbirlər görməyə səlahiyyət verən prosesdir.

Bu təlim sizə:
✔️ ən yaxşı uyğun təchizatçılar haqqında araşdırma;
✔️ düzgün satınalma və tədarükçü seçimi;
✔️ birdən çox təchizatçı seçimi mövcud olduqda münasibətlərin düzgün idarə edilməsi sahəsində bilik və bacarıqlara sahib olmanıza yardımçı olacaqdır.

Əgər sizdə müəssisələr üçün vacib məqamlardan biri olan Tədarükçü münasibətlərinin idarə edilməsinin əsas prinsip və işləmə mexanizmləri ilə tanış olmaq istəyirsinizsə təlimə qatılmağa tələsin.

📆  Tarix: 03 – 05 Avqust (10 saatlıq proqram)

🗣 Təlimçi: Elgun Mahammadalizada I MSc, CIPS®(Agrotrade Supply LLC – Group Procurement Director)