Təchizat zəncirinində çox mühim hissəsini danışıqlar prosesi təşkil edir. Danışıqlar insanlar arasındakı fikir ayrılıqlarını həll etmək üçün bir vasitədir. Bu proses təkcə müxtəlif fikirlər deyil, həm də fərdi ehtiyaclar, məqsəd və maraqlara görə fərqləndirilə bilər. Danışıqlar prosesində 2 əsas strategiyadan söhbət gedə bilər: WIN-WIN və WIN LOSE.
Bir çox peşəkar danışıqlar aparan şəxslər WIN-WIN həllinə yönəlməyi üstün tuturlar. Bu, hər iki tərəfin qazanmasına imkan verən həll yollarının axtarışını əhatə edir. Başqa sözlə, danışıq aparan tərəflər fikir ayrılıqlarının hər iki tərəfi qane etməsi ilə nəticələnən həll yolu tapmaq üçün birlikdə işləməyi hədəfləyirlər.
Anlaşmazlıqlar və danışıqlar nadir hallarda “birdəfəlik” olur. Mübahisə zamanı xatırlamaq lazımdır ki, gələcəkdə eyni insanlarla ünsiyyət qurmalı ola bilərsiniz. Bu səbəbdən, hər zaman müəyyən bir məsələdə  “qazanmağın” yaxşı münasibət saxlamaqdan daha vacib olub olmadığını düşünməyə dəyər.
Yaxşı danışıq aparmaq üçün aşağıdakı ifadələri nümunə olaraq göstərmək olar:
“ Siz fikirlərinizi çox aydın ifadə etdiniz və mən sizin mövqeyinizi indi qiymətləndirə bilərəm. Bununla belə… ”
“ Aydındır ki, mənim kimi siz də bu məsələdən çox narahatsınız. Ancaq mənim fikrimcə… ”
Şəxsi qarşıdurmadan qaçmağın başqa bir yolu problemin yaranmasında qarşı tərəfi günahlandırmaqdan çəkinməkdir. Səhvləri göstərməkdənsə, problemin şəxsən, təşkilata və ya vəziyyətə təsiri baxımından danışmaq daha yaxşıdır.
“Bu mübahisəni davam etdirməklə məni çox vaxt itirməyə məcbur edirsiniz” Demək əvəzinə:
“Mən bu problemə çox vaxt sərf edə bilmirəm, görəsən bunu tez bir zamanda həll edə biləcəyimiz bir yol varmı?” deməyiniz daha uğurlu danışıq aparmağınız üçün sizə yardımçı olacaqdır. 

📌  “Satınalma/Təchizat proseslərinin idarə edilməsi. Satınalma metodları. Müqavilə və sənədlərin idarə edilməsi” təlimi.