Logistikanın daha yaxşı idarə edilməsi yükdaşıma çətinliklərinin səmərəli şəkildə planlaşdırılmasını və idarə olunmasını tələb edir. Bu, təkcə tədarük zəncirindəki mümkün uyğunsuzluqların qarşısını almaq üçün deyil, həm də əlavə xərcləri azaltmaq üçün vacibdir. Dünya Logistikasında 7R qaydası əsas anlayışlardan biridir. Bu qaydalar daşınma logistikasından tutmuş müştərilər üçün malların alınmasına qədər bütün əməliyyatların düzgün işləməsinə nail olmaq üçün tələbləri müəyyən edir. Nəticədə düzgün məhsulun, düzgün miqdarda, düzgün yerdə, düzgün zamanda, düzgün müştəriyə, düzgün qiymətə çatıdırılması üçün ən yaxşı planlaşdırma qaydalarını özündə əks etdirir.

📌 Təlim: “Nəqliyyat Logistikası. Təchizat zəncirində nəqliyyatın strateji rolu və komponentləri. Beynəlxalq yükdaşımalar. Nəqliyyat növləri və tariflər. Gömrük prosesləri. Pandemiyanin Logistikaya təsiri”